BAKI, 31 avqust — Sputnik. Yeni Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, "Hyundai" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində 3 nəfər ölüb, daha 4-ü yaralanıb.
Qəza zamanı 2 nəfər hadisə yerində, biri isə xəstəxanada ölüb. Yaralılardan 3-ü Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına (RMX), biri isə Biləsuvar RMX-ya aparılıb.
Ölənlər Bakının Buzovna qəsəbəsinin sakinləri - 2004-cü il təvəllüdlü Hüseynov Riyad Çingiz oğlu, 2006-cı il təvəllüdlü Fərəczadə Səfər Fərəc oğlu, 1986-cı il təvəllüdlü Hüseynova Günel İsmayıl qızıdır.
Faktla bağlı araşdırma aparılır.