CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müəllimlərin işə qəbulu qaydası oktyabrdan dəyişir

© REPORTУчебный процесс в одной из бакинских школ
Учебный процесс в одной из бакинских школ - Sputnik Azərbaycan
Abunə olmaq
Oktyabrdan sonra müəllimlərin işə qəbulunda coğrafi bölgü prinsipi nəzərə alınacaq - Təhsil Nazirliyi

BAKI, 30 avqust — Sputnik. Müəllimlərin müddətli əmək müqaviləsi əsasında işə qəbulu tədris ili ərzində həyata keçiriləcək.

Sputnik Azərbaycan Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

Bakının orta məktəblərindən birində tədris prosesi, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə başlandı

Onun sözlərinə görə, oktyabrın əvvəlinə qədər müəllimlərin müddətli əsaslarla işə qəbulu üçün mərkəzləşdirilmiş vakansiya seçimi əsasında turlar həyata keçiriləcək.

Nazirlik rəsmisi qeyd edib ki, mərkəzləşdirilmiş vakansiya seçimi vaxtı müəllimlərin işə qəbulu zamanı coğrafi bölgü prinsipi tətbiq edilmir və hər kəs arzu etdiyi rayonun məktəbini seçə bilər. Oktyabrdan sonra isə vakant yerlərə qəbul zamanı coğrafi bölgü prinsipi əsas götürüləcək və hər bir rayon üzrə qeydiyyatda olan, müəllimlərin işə qəbulu imtahanlarında iştirak edərək müvafiq bal toplamış namizədlərə bal ardıcıllığı nəzərə alınmaqla vakant yerlər təklif edilir.

M.Camalzadə bu təcrübənin ötən il də tətbiq edildiyini nəzərə çatdırıb.

Xəbər lenti
0