Əkrəm Həsənov: “Bu məsələdə Türkiyə kimi etməliyik”
Parlament ölüm cəzasının bərpa olunması haqqında qərar qəbul edərsə, onu təsdiqləyəcəm. Türkiyə KİV-lərinin yaydığı məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə törədilmiş Əminə Bulud cinayəti haqqında danışarkən deyib.
Hüquqşünas Əkrəm Həsənov Sputnik Azərbaycan-a deyir ki, cəzaların sərtləşdirilməsi müəyyən qədər cinayət hallarının qarşısını alır:
“Xüsusən də əvvəlcədən cinayət planlaşdıranlar onları nələr gözlədiyini bilirlər. Pedofiliya da belə cinayətlərdəndir. Bu qərar bir uşağın həyatını xilas edəcəksə, bərpa edilməlidir”.
Hüquqşünasın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz