CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı dəyişəcək: almanlar təkliflərini verdilər

© Sputnik / Murad OrujovВид на комплекс Flame Towers в Баку
Вид на комплекс Flame Towers в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Baş Planın hazırlanması prosesinin 2-ci mərhələsində şəhər ərazisinin strateji və çoxsəviyyəli planlaşdırılması, habelə əsas inkişaf göstəriciləri üzrə modelləşdirmə ilə bağlı texniki işlər aparılacaq

BAKI, 30 avqust — Sputnik. "Bakı şəhərinin Baş Planı ilə bağlı ilkin baxış, yəni ilkin konsepsiya artıq hazırlanıb və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib".

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri Rüfət Mahmud bildirib.

Молодая пара любуется видом на вечерний Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı israillilərin ən çox sevdiyi 10 şəhər siyahısında

Onun sözlərinə görə, bu, bütün işlərin ilkin fazasıdır: "Bakının 25 min və 10 min miqyasında xəritələri hazırlanmaqdadır. Burada nəqliyyat sistemi, mühəndis-kommunikasiya təminatı sistemləri və ətraf mühitin mühafizəsi məsələlərinə baxılır".

Xatırladaq ki, Bakının Baş Planının hazırlanması ilə bağlı açıq tenderin qalibi Almaniyanın “AS+P” şəhərsalma şirkəti olub. Beləliklə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlığa cəlb etdiyi “AS+P” şirkəti ilə birlikdə Bakının Baş Planının hazırlanması prosesinin 2-ci mərhələsinin reallaşdırılması fazasına start verib. Bu mərhələdə görüləcək işlər 1-ci mərhələdə “Boston Consulting Group” beynəlxalq məsləhətçi şirkətinin iştirakı ilə Komitə tərəfindən hazırlanmış Bakı şəhərinin inkişaf konsepsiyası ilə müəyyənləşdirilmiş inkişaf prioritetləri üzərində qurulacaq.

Baş Planın hazırlanması prosesinin 2-ci mərhələsində şəhər ərazisinin strateji və çoxsəviyyəli planlaşdırılması, habelə əsas inkişaf göstəriciləri üzrə modelləşdirmə ilə bağlı texniki işlər aparılacaq. Nəzərdə tutulan bu çoxşaxəli kompleks fəaliyyət çərçivəsində müxtəlif incələmə səviyyəsində bir sıra istiqamət üzrə proqramlar işlənəcək. “Ərazilərin tarazlı istifadəsi və inkişafı”, “Yol-nəqliyyat infrastrukturunun və ictimai nəqliyyat sisteminin inkişafı”, “Ətraf mühitin və ekoloji durumun yaxşılaşdırılması”, “Mühəndis-kommunikasiya sisteminin inkişafı”, “İctimai məkanların inkişafı”, “Əsaslı tikinti və tikinti sıxlığının tənzimlənməsi” və digər proqramlar paytaxtın Baş planı üzərində işin əsas tərkib hissələri kimi nümunə gətirilə bilər.

Bakı son onilliklərin ən böyük dəyişikliyi ərəfəsində, paytaxt "kiçiləcək">>

Bakının Baş Planının hazırlanması işinin 2020-ci ilin sonunadək başa çatdırılması və sənədin yekun layihəsinin təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulur. Ölkə qanunvericiliyinə uyğun olaraq, Baş Plan şəhər ərazisi daxilində torpaqlardan şəhərsalma məqsədləri baxımından istifadə növlərini müəyyənləşdirir və növbəti 20 il ərzində şəhərin inkişafında iştirak edən bütün qurumlar tərəfindən bu istiqamətdə fəaliyyətdə rəhbər tutulacaq əsas sənəddir.

Xəbər lenti
0