BAKI, 30 avqust — Sputnik. Bakının Suraxanı rayonunda kütləvi dava zamanı bıçaqlanma hadisəsi baş verib.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, insident Hövsan qəsəbəsində qeydə alınıb.
Bir neçə nəfər dost arasında yaranmış mübahisə kütləvi davaya çevrilib. Bu zaman 2000-ci il təvəllüdlü Nəbili Nail Azər oğlu bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.