Aysel Mirzoyeva, Bəxtiyar Məmmədov və daha çox “Ninja Parents” kimi tanınan Həvva Səfərova kimi məşhur blogerlər Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində dəyirmi masa ətrafında müzakirələrə qoşulublar.
Bəxtiyar Məmmədov daha çox siyasi suallara cavab verməyə çalışan gənc blogerdir. Çox qısa zamanda auditoriyasını 10 minə çatdıra bilən Bəxtiyar Azərbaycanda siyasi mövzularda yazmağın qəliz tərəflərindən danışıb.
“Bəlkə də, bütün dünyada bu belədir, amma Azərbaycanda hər kəs özünü siyasi ekspert sayır və bəzən öz fikirlərini heç bir mənbəyə və ya fakta əsaslanmadan auditoriyaya sırımağa çalışır”, - deyə o bölüşüb.
Qeyd edək ki, bu tarixi Bloq Günü kimi qeyd etmək ideyası 2005-ci ildə "LiveJournal" bloq platformasının istifadəçilərinin "blog" sözünün 3108 rəqəmlərinə oxşadığına diqqəti çəkmələrindən sonra ortaya çıxıb. Buna görə də 31.08 tarixi Bloq Günü kimi seçilib.