CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tanınmış jurnalisti döyən şəxs həbs olundu

© Sputnik / Anar MustafaevАзербайджан, фото из архива
Азербайджан, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Zülfüqar Xeyirxəbərova xəsarət yetirən Seymur Mustafazadəyə 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan olunub

BAKI, 29 avqust — Sputnik. Jurnalisti döyən şəxs məhkəmə qarşısına çıxarılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ictimai qaydanı kobud surətdə pozmaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq hərəkətlərinə yol verərək Bakı şəhər sakini Zülfüqar Xeyirxəbərova bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilmiş Seymur Mustafazadəyə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti
0