Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Lənkəranda qəzada yaralananların vəziyyəti açıqlandı

© Sputnik / Rahim MuradovTəcili tibbi yardım avtomobili, arxiv şəkli
Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Travmatologiya şöbəsində müalicə alan səkkiz qadının vəziyyəti orta ağır kimi qiymətləndirilir

BAKI, 29 avqust — Sputnik. Səhiyyə Nazirliyi Lənkəranda ötən gün baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti ilə bağlı məlumat yayıb.

Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Hacıqabulda ağır qəza – Yaralananların adları açıqlandı

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alanların vəziyyəti orta ağırdır. Qəza nəticəsində sürücü yerindəcə ölüb. 23 nəfər müxtəlif xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 10 nəfər xəstəxanada qalacaq, digərləri ambulator müalicəyə buraxılıblar.

İki nəfər reanimasiya şöbəsində saxlanılır. Reanimasiya şöbəsinə yerləşdirilən iki qadından birinin vəziyyəti kritikdir. Baş həkimin sözlərinə görə, açıq kəllə-beyin travması alan 42 yaşlı qadın komadadır. Reanimasiya şöbəsində müalicə alan digər qadına isə qapalı kəllə-beyin travması və qabırğa sınığı diaqnozu qoyulub. Vəziyyəti ağırdır.

Travmatologiya şöbəsində müalicə alan səkkiz qadının vəziyyəti orta ağır kimi qiymətləndirilir. Həyatları üçün təhlükə yoxdur.

Xəbər lenti
0