Bu gün Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Çingiz Fuad oğlu Mustafayevin anadan olmasından 59 il ötür. Məhz Çingiz Mustafayevin Xocalı qətliamı haqqında çəkdiyi filmlə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qalıb. Ümumilikdə Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkib.
Bundan əlavə, Çingiz Mustafayevin əsasını qoyduğu "215 KL" studiyasında reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin ABŞ və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb.
O, 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi yarasından həlak olub.
Sputnik Azəbaycan-ın hazırladığı infoqrafikada Çingiz Mustafayevin keçdiyi şərəfli yolun bəzi məqamları əks olunub.