Populyar Android proqramında təhlükəli virus aşkarlandı

CC0 / rawpixel.com / smsƏlində telefon tutmuş adam, arxiv şəkli
Əlində telefon tutmuş adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Proqram əlavəsi PDF faylların yaradılması və skan olunmuş sənədlərdə mətnin oxunması üçündür

BAKI, 29 avqust — Sputnik. Kibertəhlükəsizlik üzrə ekspertlər bildiriblər ki, Google Play mağazasında təqdim olunan CamScanner proqram əlavəsində təhlükəli troyan virusu var.

Мужчина в офисе компании Лаборатория Касперского в Москве - Sputnik Azərbaycan
"Kasperski" həyəcan siqnalı verdi: Qorxulu casus virusu var

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Kasperski Laboratoriyası"nın saytında qeyd olunub.

Proqram əlavəsi PDF faylların yaradılması və skan olunmuş sənədlərdə mətnin oxunması üçündür. Bildirilir ki, bu proqram əlavəsi və onun növlərinin ümumi yüklənmə sayı 100 milyonu ötüb.

Tədqiqatçılar əlavəyə istifadəçilərin şikayətlərindən sonra diqqət yetiriblər. Əlavənin son versiyalarından birində onlar dropper virusu tapıblar. Bu virus əlavə yükləmə modulunu aktivləşdirir, o isə öz növbəsində kiberquldurun ağlına gələn proqramı qadcetə yükləyir.

Güman edilir ki, bu, proqamın reklam göstərilməsi və xüsusi abunə, yaxud da hesab üzərindən satılması vasitəsilə pul vəsaiti cəlb etmək cəhdi nəticəsində yaranıb. Google şirkəti ekspertlərin virus tapdıqlarını bəyan etməsindən sonra proqramı mağazadan silib.

Xəbər lenti
0