BAKI, 29 avqust — Sputnik. "The Economist Intelligence Unit" analitik mərkəzi və "The Economist" dərgisi birgə hazırladıqları "Təhlükəsiz şəhər indeksi -2019" hesabatını açıqlayıblar.
Reytinqdə 60 şəhər rəqəmli təhlükəsizlik, səhiyyə xidmətləri, infrastruktur, fərdi təhlükəsizlik daxil olmaqla müxtəlif göstəricilər əsasında qiymətləndirilib. Sputnik Azərbaycan hesabata istinadla xəbər verir ki, Bakı maksimum 100 xaldan 56,4 xal toplayaraq 49-cu yeri tutub.
Reytinqdə birinci yeri Tokio tutub. Sonrakı yerlərdə ardıcıllıqla Sinqapur, Osaka, Amsterdam, Sidney, Toronto, Vaşinqton, Kopenhagen, Seul və digərləri gəlir.