BAKI, 29 avqust — Sputnik. Alimlər 2016-ci ildə Efiopiyada tapılan insanın kəllə sümüyünün tədqiqatını başa çatdırıb. Mütəxəssislər 3.8 milyon il əvvələ aid olduğu güman edilən kəllə sümüyünü araşdırarkən ilk insanın nəyə bənzədiyini də açıqlayıblar.
Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, Efiopiyanın Afar bölgəsində tapılan kəllə sümüyünün çox yaxşı vəziyyətdə olduğunu deyən alimlər onun 4.1-3.6 milyon ilə aid olduğunu ehtimal edir.
Kəllə sümüyünü araşdıran alimlər həmin dövrdə insanın hansı formada olduğunu nümayiş etdiriblər.