BAKI, 29 avqust — Sputnik. Ukraynanın "Xalqın Xidmətçisi" partiyasının rəhbəri Dmitri Razumkov Ali Radanın yeni spikeri vəzifəsinə seçilib.
Sputnik Azərbaycan "RBK-Ukrayna" agentliyinə istinadən xəbər verir ki, onun bu vəzifəyə seçilməsinin lehinə 382 deputat səs verib.
Ali Radanın spikeri Dmitri Razumkov
© Sputnik / Stringer
/ Razumkov bu vəzifədə 2016-cı il aprelin 14-də spiker seçilmiş Andrey Parubiyanı əvəz edəcək.
"Xalqın Xidmətçisi" partiyası iyulun 21-i Ali Radaya keçirilmiş seçkilərdə yerlərin çoxunu (254) ala bilib.
Bu partiyaya müstəqil olaraq qanunlar qəbul etməyə imkan verir, lakin partiya konstitusiyaya dəyişikliklər edə bilməz.