Politoloq Ərdoğanın Rusiya səfəri barədə: əməkdaşlıq yeni mərhələyə qədəm qoymaqdadır

© Sputnik / Nigar Iskanderovaİlqar Vəlizadə
İlqar Vəlizadə - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq İlqar Vəlizadə deyir ki, Türkiyə-Rusiya əməkdaşlığı mövcud sazişlərlə kifayətlənməyəcək
İlqar Vəlizadə: “Bu əməkdaşlıq dialoqun genişlənməsinə səbəb olacaq”

“Türkiyə Rusiya ilə hərbi texnika istehsalında maraqlıdır”. Bunu Rusiyaya səfərdə olarkən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Türkiyə tərəfi Rusiyadan davamlı olaraq yeni silahların alınmasında maraqlıdır: “Bu səfər də göstərir ki, əməkdaşlıq mövcud sazişlərlə kifayətlənməyəcək. Türkiyə-Rusiya əməkdaşlığı yeni mərhələyə qədəm qoymaqdadır. Əməkdaşlığın gücləndirilməsi hərbi-siyasi və digər sahələrdə dialoqun genişləndirilməsinə səbəb olacaq”.

Qeyd edək ki, avqustun 27-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya birgünlük işgüzar səfər edib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0