CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lənkəranda aşan avtobus qanunsuz fəaliyyət göstərirmiş

© © DİN-nin mətbuat xidmətiLənkəranda aşan avtobus
Lənkəranda aşan avtobus - Sputnik Azərbaycan
Abunə olmaq
Nuridə Allahyarova: “Mərhum Ələmdar Ağayev Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən fərqlənmə nişanı almadan sifariş əsasında qanunsuz fəaliyyət göstərib”

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 avqust — Sputnik. Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) dünən Lənkəran şəhər Bəliton kənd sakini Ağayev Ələmdar Şavəli oğlunun idarə etdiyi PAZ markalı 43-BA-455 dövlət nömrə nişanlı avtobusun fəaliyyəti ilə bağlı açıqlama verib.

© © DİN-nin mətbuat xidmətiLənkəranda aşan avtobus
Lənkəranda aşan avtobus qanunsuz fəaliyyət göstərirmiş - Sputnik Azərbaycan
Lənkəranda aşan avtobus

DANX-ın mətbuat katibi Nuridə Allahyarova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həmin avtonəqliyyat vasitəsi üçün mərhum Ələmdar Ağayev Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən fərqlənmə nişanı almadan sifariş əsasında qanunsuz fəaliyyət göstərib: "Bu fakt təbii ki, məsuliyyətimizi azaltmır və bu cür halların təkrarlanmaması üçün dəfələrlə etdiyimiz müraciəti təkrarlamalı olacağıq. Sərnişinlərimizdən rica edirik ki, öz həyatlarını riskə atmasınlar. Dəfələrlə istismar üçün əldə etdiyi avtobusla xidmət göstərmək barədə müraciət edib və qurumumuzdan imtina cavabı alarkən "mən avtomobilimlə sahibkarlıq etmək istəyirəm, bu mənim haqqımdır" deyən sürücülərə də müraciət edərək bildirirəm ki, ictimai nəqliyyat vasitələri ilə sərnişindaşıma fəaliyyəti sıradan sahibkarlıq fəaliyyətinə bənzəmir. Siz məhsul yox, vətəndaşa istifadəsi zəruri xidməti təqdim edirsiniz. Bu da sözsüz ki, sahibkarlığın bir növüdür. Ancaq mövzu insan həyatıdırsa, risk faktorları yüksəkdirsə, təklif sıxlığa-tələbata-xidmətin keyfiyyətinə uyğun nəzərə alınmalıdır. Dünyasını dəyişən sürücüyə Allahdan rəhmət diləyirik". 

© © DİN-nin mətbuat xidmətiLənkəranda aşan avtobus
Lənkəranda aşan avtobus qanunsuz fəaliyyət göstərirmiş - Sputnik Azərbaycan
Lənkəranda aşan avtobus
Xəbər lenti
0