Həbsdən azad edilən İran tankeri Türkiyəyə hərəkət edir

© REUTERS / Morteza NikoubazlНефтяной танкер в Персидском заливе
Нефтяной танкер в Персидском заливе - Sputnik Azərbaycan
Abunə olmaq
Tankerin təxminən 2,1 milyon barel neft daşıdığı bildirilir. Tankerin yükü Mersində boşaldılacaq

BAKI, 29 avqust — Sputnik. İranın "Adrian Darya" (əvvəlki adı ilə "Grace 1") tankeri Türkiyənin Mersin limanına doğru hərəkət edir.

Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, limanda olan mənbə RİA Novosti-yə bildirib ki, tankerin yükü elə bu limandaca boşaldılacaq.

Qeyd edək ki, iyulun 4-də Cəbəllütariq hökuməti İran tankerinin ekipajını Avropa İttifaqının sanksiyalarını pozaraq Suriyaya neft daşımaqda ittiham edib və gəminin saxlanılması əmrini verib. Tankerin təxminən 2,1 milyon barel neft daşıdığı bildirilir.

Cəbəllütariq gəmini avqustun 19-da buraxıb.

​Medianın verdiyi məlumata görə, tankerin azad edilməsi ABŞ-ın gəmini buraxmamaq tələbindən bir neçə saat sonra baş verib. Belə ki, ABŞ "Grace 1" tankerinin həbsinə dair order verib. Birləşmiş Ştatların maliyyə nazirliyi məlumat verib ki, Kolumbiya dairəsinin məhkəməsi tankerin və onun daşıdığı bütün neftin müsadirə olunmasına dair qərar çıxarıb. Səbəb kimi Amerika qanunlarının pozulması göstərilib. Cəbəllütariq isə İrana dair Amerika və Avropa sanksiyalarının fərqli olduğunu əsas gətirərək, avqustun 18-də ABŞ-ın tələbini rədd edib. Avqustun 19-da isə tanker Cəbəllütariq sularını tərk edib.

"Grace 1" gəmisinin açıq dənizə çıxmasından sonra onun adı "Adrian Darya" kimi dəyişdirilib.

Xəbər lenti
0