BAKI, 28 avqust — Sputnik. Neftçala sakini bədbəxt hadisə nəticəsində ölüb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə rayonun Kürkənd kəndində qeydə alınıb. Rayon sakini, 1996-cı il təvəllüdlü Hüseynov Murad Mübariz oğlu kanalda balıq tutarkən suya atdığı tora ilişib və nəticədə boğularaq ölüb.