CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülərə şad xəbər - daha bir yeraltı tunelin tikintisinə başlanılıb

© Sputnik / Murad OrujovТоннель на улице Москва в Ясамальском районе Баку
Тоннель на улице Москва в Ясамальском районе Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Tunel istifadəyə veriləndən sonra tıxac, gecikmə kimi problemlər aradan qalxacaq

BAKI, 28 avqust — Sputnik. Bakı-Sabunçu-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, təhlükəsizliyin təmin olunması məqsədilə Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişdiyi yerdə - 13-cü kilometrin 3-cü piketində (Sabunçu stansiyasının girişində) eyni səviyyəli dəmir yolu keçidinin yeraltı tunellə əvəz olunması prosesinə start verilib.

Bakının mərkəzində  yol nişanları, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Təhlükəsizlik tədbirləri davam edir, mindən artıq yol nişanı yenilənib

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova məlumat verib. Onun sözlərinə görə, bununla əlaqədar olaraq, avtomobillərin alternativ yollarla hərəkəti üçün hər cür şərait yaradılıb: "Hazırda kommunikasiya qurğularının (telefon, qaz, su, kanalizasiya) köçürülməsi və svayların vurulması işləri aparılır. İstinad divarları hazır olan kimi tunelin qazılması prosesi həyata keçiriləcək".

N.Bayramova bildirdi ki, bu tunelin tikintisi təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayacaq: "Bilirsiniz ki, bu dəmir yolu keçidindən çoxsaylı marşrut xətləri keçirdi. Günün pik saatlarında, qatarların hərəkəti zamanı avtomobillər xeyli müddət yolun açılmasını gözləməli olurdular. Tunel istifadəyə veriləndən sonra bu problem də aradan qalxacaq".

Qeyd edək ki, yeraltı tunelin uzunluğu 262 metr, eni isə 15 metr olacaq. Tuneldə avtomobillərin hərəkəti üçün 3 yol ayrılacaq. 2-si Bakıxanovdan Sabunçu istiqamətinə, 1-i isə Sabunçudan Bakıxanov istiqamətinə gedəcək: "İşlər sürətlə davam edir. Tunelin inşası başa çatanda Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkətinin tam bərpası haqqında vətəndaşlarımıza məlumat veriləcək".

Xəbər lenti
0