CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bilet satışı ilə bağlı narazılığa aydınlıq gəldi

© Azerbaijan Railways CJSCЭлектрички Баку-Сумгайыт-Баку
Электрички Баку-Сумгайыт-Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Buna səbəb elektrik enerjisinin 5 dəqiqə müddətinə kəsilməsi olub

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 avqust — Sputnik. Bu gün səhər saatlarında Bakı-Sumqayıt-Bakı elekterik qatarlarından istifadə edən sərnişinlər bilet satışı sistemində kart yüklənməsi ilə bağlı problemlə üzləşiblər.

Новые современные электрические поезда доставлены в Азербайджан. Поезда будут работать по маршруту «Баку-Сумгайыт-Баку» - Sputnik Azərbaycan
HADİSƏ
Sərnişinləri Bakı-Sumqayıt qatarından düşürdülər

"Azərbaycan Dəmir Yolları" QSC Sputnik Azərbaycan-ın bununla bağlı sorğusuna cavab olaraq bildirib ki, buna səbəb elektrik enerjisinin 5 dəqiqə müddətinə kəsilməsi olub: "Qısa müddətdə müvafiq qurumların əməkdaşları tərəfindən vəziyyət yoluna qoyulub. Sərnişinlərin ciddi narahatlığına səbəb olan hadisə baş verməyib. Onu da qeyd edək ki, yaranmış fasilənin bilet satışı sistemlərində mövcud avadanlıqlarla heç bir əlaqəsi olmayıb və bu avadanlıqlar həmişə saz vəziyyətdə saxlanılır".

Xatırladaq ki, qatarın Biləcəridən keçən stansiyasında karta ödəniş etmək üçün əməkdaşlara müraciət edən sərnişinlər istəklərinə çatmayıblar. Stansiya əməkdaşı kartı yükləmək üçün cihazın xarab olduğunu bildirərək, sərnişinlərə əlavə bilet almağı təklif edib. Sakinlər mövcud vəziyyətin vaxtaşırı təkrar olunduğunu bildiriblər və problemin birdəfəlik həll edilməsini istəyiblər.

Xəbər lenti
0