Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Astarada zəhər satan saxlanıldı - FOTO

© AR Ministry of Internal AffairsLənkəran şəhər sakini Nurəddin Muradov külli miqdarda narkotik vasitə olan tiryəki satarkən cinayət başında saxlanılıb
Lənkəran şəhər sakini Nurəddin Muradov külli miqdarda narkotik vasitə olan tiryəki satarkən cinayət başında saxlanılıb - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Saxlanılan Nurəddin Muradov narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı Səyavuş adlı şəxsdən əldə etdiyini bildirib

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 28 avqust — Sputnik. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 6 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

© AR Ministry of Internal AffairsNurəddin Muradovun əlindəki sellofan torbadan 6 ədəd bağlamada aşkarlanan ümumi çəkisi 5 kiloqram 930 qram narkotik vasitə olan tiryək
Astarada zəhər satan saxlanıldı - FOTO - Sputnik Azərbaycan
Nurəddin Muradovun əlindəki sellofan torbadan 6 ədəd bağlamada aşkarlanan ümumi çəkisi 5 kiloqram 930 qram narkotik vasitə olan tiryək

DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan Sputnik Azərbaycan-a verilən məlumata əsasən, Astara RPŞ əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Nurəddin Muradov külli miqdarda narkotik vasitə olan tiryəki satarkən cinayət başında saxlanılıb.

Astara şəhəri H.Aslanov küçəsində saxlanılan N.Muradovun əlindəki sellofan torbadan 6 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 930 qram narkotik vasitə olan  tiryək aşkarlanaraq götürülüb. Saxlanılan Nurəddin Muradov narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı Səyavuş adlı şəxsdən əldə etdiyini bildirib.

© AR Ministry of Internal AffairsLənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Nurəddin Muradov
Astarada zəhər satan saxlanıldı - FOTO - Sputnik Azərbaycan
Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Nurəddin Muradov

Faktla bağlı Astara Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər lenti
0