CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yay bitir – Həftə sonu sərin olacaq

© AFP 2024 / BRENDAN SMIALOWSKIGünəşli hava, arxiv şəkli
Günəşli hava, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Həftənin son günlərində hava şəraitinin qeyri-sabit keçəcəyi, avqustun 30-da ölkə ərazisində şimşək çaxacağı, arabir yağış yağacağı, avqustun 31-i, sentyabrın 1-də bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var

BAKI, 27 avqust — Sputnik. Avqustun 26-sı gündüz ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əsasən yağmursuz keçib, lakin avqustun 26-sı axşamdan 27-si səhərədək bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb. Düşən yağıntının miqdarı 1-9, Sədərəkdə 14 mm olub.

Дождь в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda yağış yağacağı gözlənilir

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bildirilib ki, həftənin birinci yarısında hava şəraitini şimaldan hərəkət edən antisiklon təyin edəcək. Əksər rayonlarda havanın yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında səhər və axşam saatlarında yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Böyük Qafqazın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə nisbətən aşağı enəcək, Aran rayonlarında 32-37, dağlıq rayonlarda 21-26 dərəcə isti olacağı gözlənilir.

Həftənin son günlərində isə hava şəraitinin qeyri-sabit keçəcəyi, avqustun 30-da ölkə ərazisində şimşək çaxacağı, arabir yağış yağacağı, avqustun 31-i, sentyabrın 1-də bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Havanın temperaturu tədricən aşağı enəcək. Aran rayonlarında 25-30, dağlıq rayonlarda 15-20 dərəcə isti olacaq. Şərq küləyi üstünlük təşkil edəcək, ayrı-ayrı günlərdə arabir 20-25 m/s-dək güclənəcək.

İsti hava. Arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ölkəyə əsl yay qayıdıb - Hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında avqustun 28-29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 29-33 dərəcə isti təşkil edəcək.

Həftənin son günlərində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal küləyi üstünlük təşkil edəcək, arabir 18-23 m/s-dək güclənəcək. Hava nisbətən sərin olacaq, maksimal temperatur 23-25 dərəcə isti təşkil edəcək.

Xəbər lenti
0