Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Rusiyaya gələn dəhşətli təhlükə Azərbaycana keçə bilərmi?

Abunə olmaq
S.Məmmədov qeyd edib ki, bu xəstəliklərin digər ölkələrdən Azərbaycana keçməməsi üçün müvafiq tədbirlər hər zaman görülüb

BAKI, 27 avqust — Sputnik. Rusiyanın mərkəzi hissəsinə Misirdən və Cənub Şərqi Asiyadan Denge, Çikungunya, Zika və sarı qızdırma viruslarının daşıyıcıları olan təhlükəli həşəratlar köç edib.

Qeyd olunur ki, cənub bölgələrində artıq müəyyən xəstəliklərin yayılması qeydə alınıb. Alimlər xəbərdarlıq edirlər ki, ağcaqanadın bir turisti belə, sancmasından sonra epidemiya bütün bölgəni əhatə edə bilər.

Laboratoriya, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bu qorxunc xəstəlik Azərbaycanda da ölümlərə səbəb olur

Elm adamları bildirib ki, qlobal istiləşmə ilə əlaqədar olaraq, Rusiyanın cənubuna iki növ ağcaqanad – "Aedes aegypti" və "Aedes albopictus" köç edib. Birinci növ ayaqları və arxasındakı ağ işarələr, ikincisi isə ləkəli qarın və ayaqlarda qara və ağ zolaqlar ilə asanlıqla tanınır. Hər iki növ ağcaqanad insanlarda və heyvanlarda daxili orqanlara ciddi ziyan vuran "Dirofilaria" cinsinin filamentoz qurdlarının sürfələrini də daşıyır.

Bu həşəratların və onların gətirdiyi qorxunc xəstəliklərin Azərbaycana keçməsi mümkündürmü?

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Parazitologiya şöbəsinin müdiri Süleyman Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda bu xəstəliklərin olması mümkün deyil. Çünki Azərbaycanda bu xəstəliyi yayan həşəratlar yoxdur: "Kimisə hansısa ölkədə ağcaqanad sancarsa, yəqin ki, xəstəliyə yoluxa bilər. Amma bu xəstəlikləri yoluxduran həşəratlar ölkədə yoxdur".

S.Məmmədov qeyd edib ki, bu xəstəliklərin digər ölkələrdən Azərbaycana keçməməsi üçün müvafiq tədbirlər hər zaman görülüb: "İndi də müəyyən viruslar üzrə vəziyyət nəzarətdədir”.

Xəbər lenti
0