CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qax meşələrində yanğın məhdudlaşdırıldı

© Sputnik / Ilham AhmadovOğuzda meşə yanğını
Oğuzda meşə yanğını - Sputnik Azərbaycan
Abunə olmaq
Dərhal Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

BAKI, 27 avqust — Sputnik. Qaxda meşədə baş verən yanğın məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Qax rayonunun Suskənd kəndi yaxınlığında meşə zolağında yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Yanğın məhdudlaşdırılıb.

Yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Xəbər lenti
0