BAKI, 27 avqust — Sputnik. Fransa Prezidenti Emmanuel Makron braziliyalı həmkarı Jair Bolsonarunun xanımı Bricit Makron haqqında işlətdiyi kinayəli ifadəyə reaksiya verib. Makron qeyd edib ki, Braziliya rəhbəri öz hərəkətinə görə utanmalıdır.
RİA-Novosti-nin məlumatına görə, bu barədə Fransa Prezidenti Biarritsdə mətbuat konfransında deyib.
Hər şey Facebook istifadəçisi Rodriqo Andreasın öz səhifəsində Amazon meşələrindəki yanğınla bağlı mübahisəsinə aid yazı yerləşdirməsindən sonra başlayıb.
Şəkillərin birində Bolsonaru özünün 37 yaşlı xanımı ilə, digərində isə Makron və 66 yaşlı Bricit olub.
"İndi siz bilirsiniz niyə Makron Bolsonarunu qarabaqara izləyir", - Andreas şəkillərə qeyd yazıb.
Şəklə birinci elə Bolsonaru özü şərh verib: "Adamı aşağılama. Lol".
Bu yazışmaya isə Makron: "Bunlar çox kədərlidir", - deyə reaksiya verib. Fransa Prezidenti qeyd edib ki, öz liderinin bu hərəkətinə görə, çox güman ki, Braziliya xalqı utanır.
"Braziliyalılara çox hörmət etdiyimdən ümid edirəm ki, onların özünü normal aparmağa qadir prezidentləri olacaq", - Makron deyib.
Biarritsdəki G7 sammitindən öncə Makron Braziliyadakı şəraitə diqqət çəkib. Amazon çayı sahillərində meşələrin yanmasından danışan Makron qeyd edib ki, bu, beynəlxalq miqyaslı böhrandır.
Our house is burning. Literally. The Amazon rain forest - the lungs which produces 20% of our planet’s oxygen - is on fire. It is an international crisis. Members of the G7 Summit, let's discuss this emergency first order in two days! #ActForTheAmazon pic.twitter.com/dogOJj9big
— Emmanuel Macron (@EmmanuelMacron) August 22, 2019
Ancaq Braziliyanın Prezidenti Makronun bu humanist jestindən hiddətlənib: Bolsonarunu qıcıqlandıran Makronun onunla məsləhətləşməməsi və danışıqlara dəvət etməməsi olub.
- Lamento que o presidente Macron busque instrumentalizar uma questão interna do Brasil e de outros países amazônicos p/ ganhos políticos pessoais. O tom sensacionalista com que se refere à Amazônia (apelando até p/ fotos falsas) não contribui em nada para a solução do problema.
— Jair M. Bolsonaro (@jairbolsonaro) August 22, 2019
Bolsonaru özünün Twitter hesabından bəyan edib ki, Braziliyanın daxili problemini Makron öz məqsədləri üçün istifadə etməyə çalışır.