CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

BŞİH: İctimai çimərliklər pulsuzdur

© Sputnik / Irade JELILÇimərlik
Çimərlik - Sputnik Azərbaycan
Abunə olmaq
İsrafil Kərimov: “KİV-lərdə qeyd olunanlar isə şayiələrdən başqa bir şey deyil”

BAKI, 27 avqust — Sputnik. “Son bir neçə gündə bəzi KİV-lərdə yeni yaradılmış ictimai çimərliklərdəki vəziyyətlə bağlı həqiqətə uyğun olmayan xəbərlər verilib. Tam rəsmi şəkildə bildiririk ki, Bakı şəhərində Səbail rayonu “Şıx” ərazisində, Xəzər rayonu Buzovna və Binəqədi rayonu Görədil qəsəbələrində IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə yeni yaradılmış ictimai çimərliklər pulsuzdur”.

Девушка на пляже, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dəniz suyunun hərarəti 28 dərəcə olacaq

Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov məlumat verib.

Onun sözlərinə görə, çimərliklərdə sanitar vəziyyətin lazımi səviyyədə saxlanılması və təmizlik işlərinin aparılması üçün xidmət personalı fəaliyyət göstərir və bura nəzarətdə saxlanılır.

İsrafil Kərimov bildirib ki, həmin KİV-lərdə qeyd olunanlar isə şayiələrdən başqa bir şey deyil.

Xəbər lenti
0