https://sputnik.az/20190827/fovqelade-hallar-nazirliyi-ish-bashinda-helikopterden-kadrlar-421569873.html
Fövqəladə Hallar Nazirliyi iş başında – helikopterdən kadrlar
Fövqəladə Hallar Nazirliyi iş başında – helikopterdən kadrlar
Sputnik Azərbaycan
Avqust ayında Azərbaycanın 10-a yaxın bölgəsində meşə yanğınları qeydə alınıb. Yanğınların, demək olar ki, hamısı söndürülüb. Yalnız Oğuz rayonunda yanğının... 27.08.2019, Sputnik Azərbaycan
2019-08-27T17:42+0400
2019-08-27T17:42+0400
2021-11-16T22:27+0400
https://cdnn1.img.sputnik.az/img/42156/93/421569328_10:-1:1920:1080_1920x0_80_0_0_ee38bc97b04b3c2f9b4626652af66d6f.jpg
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2019
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42156/93/421569328_108:-1:1826:1080_1920x0_80_0_0_5887129281b69f360f683262a6d82017.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, multimedia, azərbaycan
xəbərlər, multimedia, azərbaycan
Fövqəladə Hallar Nazirliyi iş başında – helikopterdən kadrlar
17:42 27.08.2019 (Yenilənib: 22:27 16.11.2021) Avqust ayında Azərbaycanın 10-a yaxın bölgəsində meşə yanğınları qeydə alınıb. Yanğınların, demək olar ki, hamısı söndürülüb. Yalnız Oğuz rayonunda yanğının söndürülməsi işləri davam edir. FHN-in helikopterindən yanmış ərazilərin necə göründüyünü videomuzda izləyin.
Qəbələ və Oğuz rayonlarının sərhədində avqustun 23-də başlamış yanğın artıq lokallaşdırılıb. Qəbələ rayonunda qeydə alınan yanğın tamamilə söndürülüb.
Yalnız Oğuz rayonu Xaçmaz kəndi və Seyrandərə ərazilərində iki ocaq aktiv olaraq qalır.
Sputnik Azərbaycan-ın bölgə müxbiri FHN komandası ilə birgə helikopterdə yanğınsöndürmə əməliyyatında iştirak edib və bu ərazilərin səmadan necə göründüyünü lentə ala bilib.
Fövqəladə Hallar Nazirliyi Daxili xidmət general mayoru Fizuli Əsədovun sözlərinə görə ölkədə baş verən meşə yanğınlarında insan tələfatı faktı qeydə alınmayıb. Hal-hazırda Oğuz rayonunda aktiv olan iki ocaq üzərində işlər davam edir. Yanğının tez bir zamanda söndürüləcəyi gözlənilir.