CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı polisi Tolikə cavab verdi

© Photo : Instagram / aliyevtarixTanınmış prodüsser, teleaparıcı Tarix Əliyev
Tanınmış prodüsser, teleaparıcı Tarix Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
İcra hakimiyyəti tərəfindən vətəndaşın mənzilinə göndərilən polislərin onlarla kobud rəftar etməsi prodüsseri hiddətləndirib

BAKI, 27 avqust — Sputnik. Sosial şəbəkələrdə, bəzi internet saytlarında teleaparıcı Tarix Əliyevin "Binəqədi rayon icra hakimiyyəti tərəfindən vətəndaşın mənzilinə göndərilən polislərin onlarla kobud rəftar etməsi" ilə bağlı iddiaları yer alıb.

Bu barədə Sputnik Azərbaycan-a Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Seymur Baycan, yazar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tolik kimdir ki, Seymuru maliyyələşdirsin?!

"Tərəfimizdən videomaterial araşdırılıb, orada əks olunan kadrlarda polis əməkdaşlarının iştirakı müşahidə olunmur. Polisə qarşı irəli sürülən ittihamlar və səslənən iddialar yalandır, əsassızdır" – deyə Hacıyev qeyd edib.

E.Hacıyev jurnalistlərə tövsiyə edib ki, qeyd edilənləri nəzərə alaraq, polisin adı hallanan məlumatları hazırlayarkən paytaxt üzrə Bakı Şəhər Baş Polis İdarəsi ilə dədiqləşdirilmə aparsınlar. Bu davranış tək polisin yox, eyni zamanda cəmiyyətin maraqlarına xidmət edir.

Xatırladaq ki, tanınmış prodüsser, teleaparıcı Tarix Əliyev (Tolik) bu dəfə Binəqədi rayon İcra Hakimiyyətindən şikayətlənib.

Prodüsser İcra Hakimiyyəti tərəfindən vətəndaşın mənzilinə göndərilən polislərin onlarla kobud rəftar etməsindən şikayətlənib.

O, görüntüləri sosial şəbəkədə paylaşaraq, polislərin ünvanına sərt sözlər ünvanlayıb.

Xəbər lenti
0