CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abituriyentlər üçün son gün – Sabah gec olacaq

© AFP 2023 / FREDERICK FLORINАбитуриенты в ходе экзамена, фото из архива
Абитуриенты в ходе экзамена, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir

BAKI, 27 avqust — Sputnik. Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı bu gün başa çatır.

Государственный экзаменационный центр - Sputnik Azərbaycan
ELM
DİM qəbul imtahanının nəticələrini açıqladı

Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun 27-si saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı sentyabrın 2-dək davam edəcək.

Xəbər lenti
0