"S-400"lər Türkiyədə - İkinci mərhələ başlayıb

© REUTERS / HANDOUTПервые части российской системы противоракетной обороны С-400 выгружены с российского самолета в аэропорту Муртед, известном как авиабаза Акинчи, недалеко от Анкары, Турция
Первые части российской системы противоракетной обороны С-400 выгружены с российского самолета в аэропорту Муртед, известном как авиабаза Акинчи, недалеко от Анкары, Турция - Sputnik Azərbaycan
Abunə olmaq
"S-400" sistemlərinin Türkiyəyə çatdırılmasının birinci mərhələsi iyulda baş tutub

BAKI, 27 avqust — Sputnik. Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin Türkiyəyə tədarükünün ikinci mərhələsi başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb.

"Bu gün ikinci "S-400" batareyasının elementlərinin çatdırılması başlayıb. Rusiyadan uçan təyyarə Ankara vilayətində yerləşən Mürtəd aviabazasında eniş edib. Tədarük təqribən bir ay davam edəcək" - Müdafiə Nazirliyi deyib.

"S-400" sistemlərinin Türkiyəyə çatdırılmasının birinci mərhələsi iyulda baş tutub.

Rusiya və Türkiyə arasında "S-400" sistemlərinin tədarükünə dair saziş 2017-ci ildə imzalanıb. Rusiya bu sistemlərin dörd divizionunu Türkiyəyə göndərəcək.

Qeyd edək ki, bu sistemlərə dair saziş Türkiyə və ABŞ arasında qalmaqala səbəb olub. Belə ki, Vaşinqton Ankaradan Rusiya istehsalı olan "S-400" komplekslərinin əvəzinə "Patriot" sistemlərini almağı tələb edib, əks halda isə Türkiyəni "F-35" layihəsindən çıxaracağı ilə hədələyib.

Xatırladaq ki, iyulun 17-də rəsmi Vaşinqton "S-400" zenit-raket komplekslərinin Türkiyəyə tədarükünün başlaması ilə əlaqədar Ankaranın "F-35" proqramından çıxarılmasına dair qərar qəbul edib. Ağ Ev vurğulayıb ki, Ankara tərəfindən sözügedən zenit-raket komplekslərinin alınması ən yeni ABŞ qırıcılarının tədarükü ilə uyğunsuzluq təşkil edir.

Xəbər lenti
0