İlqar Vəlizadə: “Ziddiyyətlər ölkələrin iqtisadiyyatına mənfi təsir edə bilər”
Bütün “G7” iştirakçıları İranla münaqişədən yayınmağa çalışırlar. Bunu “LCİ” telekanalına Fransa prezidenti Emmanuel Makron deyib.
Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, bu dəfəki G7 sammitinə İranın xarici işlər nazirinin dəvət olunması bu ölkənin diplomatiyasının uğurudur: “Bu, həm də onu göstərir ki, G7 ölkələri arasında İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqları mövcuddur. Avropa ölkələrinin bu məsələ ilə bağlı ABŞ-dan fərqli düşünməsi heç kəsə sirr deyil. Yaranmış ziddiyyətlər ölkələrin iqtisadiyyatına mənfi təsir edə bilər”.
Qeyd edək ki, 45-ci G7 sammiti 24-26 avqust tarixlərində Fransanın ev sahibliyində Biarritz şəhərində keçirilib.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz