CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda təbii fəlakət xəritəsi hazırlanıb

© Sputnik / Pavel Lvov / Mediabanka keçidИсследования ученых
Исследования ученых - Sputnik Azərbaycan
Abunə olmaq
Alimlər hətta bu və ya digər kataklizmin Azərbaycana vurduğu iqtisadi ziyanı hesablayıblar

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 27 avqust — Sputnik. Azərbaycanlı tədqiqatçılar respublika ərazisində baş verən təbii fəlakətlərin xəritələrini hazırlayıblar. Bunu Sputnik Azərbaycan-a Azərbaycan Milli Elmlər Akademiyasının Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

Onun sözlərinə görə, sürüşməyə, sel axınlarına və subasmaya məruz qalan ərazilərin və seysmik cəhətdən təhlükəli olan zonaların xəritələri tərtib olunub, eləcə də külək və yağıntı xəritələri hazırlanıb. Alimlər hətta bu və ya digər kataklizmin Azərbaycana vurduğu iqtisadi ziyanı da hesablayıblar.

Təlimlərin planına uyğun olaraq xəritə üzərində tapşırıqlar icra olunur - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ordumuz mühüm xəritə üzərində tapşırıqları icra edib – VİDEO

"İldən-ilə təbii fəlakətlərin sayı artır. Bu əsasən iqlim dəyişiklikləri ilə bağlıdır. Nəticədə onların (təbii fəlakətlərin – red.) baş vermə tezliyi artır və təsir radiusu genişlənir. Beynəlxalq təşkilatların hesablamalarına görə, təbii fəlakətlərin dünya iqtisadiyyatına vurduğu ziyan ümumi daxili məhsulun 5-10 faizi səviyyəsində durur" - akademik Məmmədov deyib.

Məsələn, 2010-cu ildə Kür çayının daşması ölkənin bir milyard manatdan çox itki ilə üzləşməsinə səbəb olub. Qeyd üçün bildirək ki, 2018-ci ildə Azərbaycanın ümumi daxili məhsulu 79,797 milyard manata çatıb.

Lakin bu hələ hamısı deyil. Tədqiqatçılar hətta havanın insanın səhhətinə necə təsir etdiyini və bu təsirlə bağlı olaraq təcili tibbi yardımların çağırılması tezliyini də araşdırıblar.

Akademik Məmmədov qeyd edib ki, bütün xəritələr elektron formatda tərtib olunub və asanlıqla əldə edilə bilər.

Xəbər lenti
0