CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeddi əsrlik yaşı olan Nardaran qalası: Tariximizin daha bir yadigarını məhv edirik

© Sputnik / Irade JELILNardaran qalası
Nardaran qalası - Sputnik Azərbaycan
Abunə olmaq
Qaladan kəndin müxtəlif ərazilərinə çıxan yeraltı yollar, tunellər olub. Amma həmin yollar və tunellər də bu günümüzə qədər gəlib çatmayıb, onların hamısı demək olar ki, uçub, dağılı

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 26 avqust — Sputnik. Nardaran qalası Bakıdan 30 kilometr uzaqlıqda Nardaran kəndində yerləşir. Abşeron qalalarına nəzər salanda Nardaran qalası onlar arasında daha az aşınmaya uğrayıb.

© Sputnik / Irade JELILNardaran qalası
Yeddi əsrlik yaşı olan Nardaran qalası: Tariximizin daha bir yadigarını məhv edirik - Sputnik Azərbaycan
Nardaran qalası

Sputnik Azərbaycan-ın əməkdaşı tarixi yerlərimizin öyrənilməsi layihəsi çərçivəsində Bakının Nardaran kəndində olub. Kənd sakinlərinin sözlərinə görə, qalaya qalxmaq üçün əvvəllər xüsusi pilləkənlər olub. Deyilənə görə, bu pilləkənlər elə hazırlanıbmış ki, hücum zamanı düşmənin qalanın yuxarı yaruslarına qalxa bilməməsi üçün içəriyə qaldırılırmış.

Sakinlərin bildirilər ki, qala Xuraman Ana adlı qadın tərəfindən inşa edilib. Qalanın 4 mərtəbəli olması nəzərdə tutulsa da, bu günümüzə 3 mərtəbəsi gəlib çatıb. Qalanın bir qatının necə, nə zaman və nədən dağıldığını bilən yoxdur.

Maraqlıdır ki, qaladan kəndin müxtəlif ərazilərinə çıxan yeraltı yollar, tunellər olub. Amma həmin yollar və tunellər də bu günümüzə qədər gəlib çatmayıb, onların hamısı demək olar ki, uçub, dağılıb. Bu yolların yenidən tapılması və bərpa edilməsinə xeyli vəsait tələb olunur.

© Sputnik / Irade JELILNardaran qalası
Yeddi əsrlik yaşı olan Nardaran qalası: Tariximizin daha bir yadigarını məhv edirik - Sputnik Azərbaycan
Nardaran qalası

Əvvəllər qala dənizə yaxın olsa da, zamanla dəniz geri çəkilib. İndi qala dənizdən çox uzaqda yerləşir.

Nardaran qalası sonuncu dəfə sovet dövründə restavrasiya edilib. Bu gün isə qalanın həyəti heç də xoşagələn halda deyil.

Tədqiqatçı Faiq Nəsibovun sözlərinə görə, Abşeron qalaları arasında bu günə qədər gəlib çıxmış qalalardan olan Nardaran qalasına sovet dövründə az-çox diqət yetirilib: "Qalanın dairəvi qülləsinin hündürlüyü 12,5 metrdir. Dairəvi hissə xüsusi daşlarla tikilmiş 6 metr hündürlüyü olan kvadrat şəklində tikilmiş hasara alınıb".

© Sputnik / Irade JELILNardaran qalası
Yeddi əsrlik yaşı olan Nardaran qalası: Tariximizin daha bir yadigarını məhv edirik - Sputnik Azərbaycan
Nardaran qalası

Tədqiqatçı bildiri ki, hazırda qala 3 mərtəbədən ibarətdir. Bunlardan birincisi alçaq, digər iki mərtəbə isə daha hündürdür. Mərtəbələrə keçid divarın içində tikilmiş pilləkənlər vasitəsilə olub. Hər mərtəbədə xüsusi pilləkənlər olub: "Belə hesab edilir ki, hər mərtəbədə özünəməxsus pillələrin olması qalanın digər mərtəbələrinə hücumu çətinləşdirmək üçün edilib”.

Digər qalalarda olduğu kimi burada da içəriyə işığın düşməsi üçün daxilə doğru genişlənən oyuqlar var.

Qalanın döşəməsində yeraltı quyuya aparan xüsusi keçid olub. Kənd sakinlərinin sözlərinə görə, bu yeraltı quyu ilə kəndin müxtəlif hissələrinə yollar gedir.

© Sputnik / Irade JELILNardaran qalası
Yeddi əsrlik yaşı olan Nardaran qalası: Tariximizin daha bir yadigarını məhv edirik - Sputnik Azərbaycan
Nardaran qalası

Qalanın fasadında yüksəkdə ərəb əlifbası ilə iki yazı mövcuddur. Burada qalanın inşa tarixi və inşa etdirən şəxsin adı qeyd edilib. Yazıların birində deyilir: "Rəhim və lütfkar Allahın adı ilə! Ana... bu taliyəni (hərbi qülləni) ... öz halal pulu ilə, yaradana xidmət etmək və onun lütfünü qazanmaq üçün tikdirməyi əmr etdi. Tarix: yeddi yüzüncü il, Ramazan ayının əvvəli".

Beləliklə, qüllə hicri tarixlə 700-cü, yeni tarixlə 1301-ci ildə tikilib.

Birinci yazıdan bir qədər yuxarıda digər xırda yazı yerləşdirilib: "Sədin oğlu Mahmudun işi".

Maraqlıdır ki, Şıx kəndində XIV əsrə aid edilən məscid və minarədə, eləcə də 1300-cü ilə aid olan "Molla Əhməd Məscidində" müəllif kimi Mahmud ibn Sədin adı qeyd edilib.

© Sputnik / Irade JELILNardaran qalası
Yeddi əsrlik yaşı olan Nardaran qalası: Tariximizin daha bir yadigarını məhv edirik - Sputnik Azərbaycan
Nardaran qalası

Məhz bu yazıları nəzərə alaraq demək olar ki, Mahmud ibn Səd Bakı ətrafında öz dövrünün tanınmış memarlarından olub.

Yuxarıda da qeyd etdiyimiz kimi, qalanın 700 ildən çox yaşı var və bu gün qala baxımsız vəziyyətdədir. Qala divarları artıq sıradan çıxıb və qəzalı vəziyyətdədir.

Görünən odur ki, aidiyyatı qurumlar Bakının əvəzedilməz abidəsinə biganə yanaşmadan imtina etməsələr, Azərbaycan tarixinin daha bir səhifəsini bağlamalı olacağıq.

Xəbər lenti
0