BAKI, 26 avqust — Sputnik. Azərbaycanın Əməkdar artisti Sevda Ələkbərzadə dünya şöhrətli həmyerlimiz Sami Yusufla duet oxuyub.
Sputnik Azərbaycan xəbər verir ki, onlar birlikdə "Girdim yarın bağçasına" adlı mahnını ifa ediblər.
Sənətçilərin canlı ifasından lentə alınan kadrlar Sami Yusufun bir milyondan çox abunəçisi olan "Youtube" kanalında paylaşılıb.
Sami Yusuf Azərbaycan xalq mahnısını ingiliscə, Sevda Ələkbərzadə isə azərbaycanca səsləndirib.
Qeyd edək ki, duet 2019-cu ilin 30 iyun - 10 iyul tarixlərində Bakı şəhərində keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində baş tutub. Tədbir Heydər Əliyev Mərkəzində keçirilib.