CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaxda hamilə qadının döyülməsinin ilginc səbəbi

Abunə olmaq
Əvvəlcə qadının özünə xəsarət yetirdiyi deyilsə də, bu xəbər yalan çıxdı. Hamilə qadına həm ər evində, həmçinin də ata evində ağır bədən xəsarətləri yetirilib

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 avqust — Sputnik. "Qaxda 7 aylıq hamilə qadın döyülərək ölüm təhlükəsi ilə üz-üzədir".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. O bildirib ki, hazırda qadın rayon xəstəxanasındadır: "Qaxda hamilə qadının döyülməsi barədə məlumat mənim "Instagram" səhifəmə daxil olub.

Женщина проходит обследование в клинике, фото из архива - Sputnik Azərbaycan
İnanılmaz: Doğuşa qədər hamilə olduğunu bilməyib
 Məlumat verilən kimi həmin hadisə barədə araşdırma apardıq. Məlum oldu ki, xəbər doğrudur. Əvvəlcə qadının özünə xəsarət yetirdiyi deyilsə də, bu xəbər yalan çıxdı. Hamilə qadına həm ər evində, həmçinin də ata evində ağır bədən xəsarətləri yetirilib. Məndə olan məlumata görə, qadının hamilə vəziyyətdə döyülməsinə səbəb xəyanət iddiasıdır".

Qeyd edək ki, hadisə Qax rayonunun Turaclı kəndində baş verib. Məlumatlara görə, hamilə qadın özünə xəsarət yetirib. Gecə saatlarında A.Vəliyeva bədəninin müxtəlif nahiyələrini yaralayıb. Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadına baş və sifətin cırılmış-kəsilmiş yaraları diaqnozu qoyulub. Hal-hazırda reanimasiya şöbəsində olan xəstə koma vəziyyətindədir. Anası bildirib ki, A.Vəliyeva ailəsi dağıldığı üçün özünü öldürmək istəyib: "Ötən ilin noyabr ayında ailə qurub, 4-5 gün olar ki, ailəsindən ayrılıb, atası evinə gəlib".

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0