CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Başlandı: Havanın ilk "qurbanı" Daşkəsəndir

CC0 / werdepate / stormŞəkidə ildırım. Arxiv şəkli
Şəkidə ildırım. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Gəncə şəhəri və dağlıq rayonlarda şimşək çaxır, güclü külək əsir, yağıntılı hava şəraiti davam edir

BAKI, 26 avqust — Sputnik. Daşkəsən rayonunda güclü külək və leysan yağış səbəbindən elektrik enerjisinin verilməsi dayanıb.

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, leysan yağışla müşahidə olunan şimal-qərb küləyi bir neçə ağacın budaqlarını sındırıb, bəzi evlərin dam örtüyünü dağıdıb. Hava şəraiti səbəbindən avtomobil yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb. 

Весна в Азербайджане - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sevindiniz, bəsdir: hava şəraiti dəyişir
Hazırda rayon ərazisində kəskin hava şəraiti davam edir.

Qeyd edək ki, Gəncə şəhəri və dağlıq rayonlarda şimşək çaxır, güclü külək əsir, yağıntılı hava şəraiti davam edir.

Bildirək ki, hava şəraitinin dəyişəcəyi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dünən və bu gün məlumat yayıb. Məlumatda avqustun 26-da Böyük Qafqazın  ayrı-ayrı yerlərində lokal leysan olacağı, dolu düşəcəyi bildirilir. Sabah da Bakıda və Abşeron yarımadasında, eləcə də rayonlarda yağış yağacağı, külək əsəcəyi gözlənilir.

Xəbər lenti
0