CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi rektorlar nazirin qərarını qulaqardına vururlar

© Sputnik / Irade JELILДжейхун Байрамов, фото из архива
Джейхун Байрамов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bir neçə universitetin məsul şəxsləri onlara müraciət edən tələbələrə deyirlər ki, "Təhsil Nazirliyinin qərarını göstərin"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 avqust — Sputnik. Xəbər verdiyimiz kimi, Təhsil naziri Ceyhun Bayramov bir müddət öncə ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırıq verib. Təhsil Nazirliyinin kollegiyasının qərarına əsasən, ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, ödənişli təhsil alan tələbələrin təhsil haqlarını təhsil aldığı müddətdə yarımilliklər üzrə ödənilməsinə şərait yaratsınlar.

Студенты во время лекции в аудитории, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tələbəsiz qalan universitetlər – Çarəsi var, iradə tələb olunur

Sputnik Azərbaycan-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov bildirib ki, bəzi universitet rektorları bu tapşırığa əməl etmək istəmirlər: "Təhsil Nazirliyinin kollegiyası rektorlara tələbələrin təhsil haqqını hissə-hissə ödəməyə imkan yaratmağı tövsiyə etsə də, buna riayət edilmədiyi barədə siqnallar gəlir. İnsanların maddi imkanı olsa, tam şəkildə ödəyərlər. Bir neçə universitetin məsul şəxsləri onlara müraciət edən tələbələrə deyirlər ki, "Təhsil Nazirliyinin qərarını göstərin". Bunu 17 yaşlı vətəndaşdan tələb etmək ayıbdır. Plan yerləriniz 2 qəbul kampaniyası ilə güclə dolub. Hətta tam şəkildə belə dolmayıb. Bu tələbə onsuz da təhsil haqqını ödəyəcək, amma indi tam şəkildə imkanı çatmır. Yarısını indi ödəsin, yarısını da yanvar ayında. Baxıram ki, mənə daxil olan 100-dən çox müraciət bu mövzudadır ki, universitetlər təhsil haqqını hissə-hissə ödənişə imkan vermirlər. Türkiyə universitetlərinin həm təhsil haqqı bizdəkindən dəfələrlə azdır, həm də onlar tələbəyə nəinki 2 dəfəyə, hətta 3 dəfəyə təhsil haqqını ödəmək imkanı verirlər".

Xəbər lenti
0