BAKI, 26 avqust — Sputnik. "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" qanun layihəsinin qüvvəyə minmə vaxtı dəyişdirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Qanununda dəyişiklikləri təsdiqləyib.
Sənədin 8-ci maddəsinə edilən (qanunun qüvvəyə minməsi) dəyişikliklə, "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanun layihəsinin qüvvəyə minmə vaxtı 2020-ci il yanvarın 1-dən 2022-ci il yanvarın 1-nə dəyişdirilib.