BAKI, 26 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməliyyat-axtarış tədbirləri keçirib.
Sputnik Azərbaycan idarənin məlumatına istinadla xəbər verir ki, tədbirlər zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin insan alveri maddələri ilə axtarışa verilmiş Kazımova Natəvan İbrahim qızı tutularaq istintaq orqanına təhvil verilib.
© © DİN-nin mətbuat xidmətiKazımova Natəvan İbrahim qızı
Kazımova Natəvan İbrahim qızı
© © DİN-nin mətbuat xidməti
Kazımova Natəvan İbrahim qızı 1983-cü ildə Tovuz rayonunda anadan olub. Tovuz rayon sakinidir.
Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2018-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışa verilib.