CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident Allahşükür Paşazadəni ordenlə təltif etdi

© Sputnik / Murad OrujovДень Ашуры в столичной мечети Тезепир
День Ашуры в столичной мечети Тезепир - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün şeyxülislam Allahşükür Paşazadənin 70 yaşı tamam olur

BAKI, 26 avqust — Sputnik. Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.

Sputnik Azərbaycan bildirir ki, bununla bağlı dövlət başçısı İlham Əliyev Sərəncam imzalayıb.

Праздничный намаз в мечети Тезе Пир - Sputnik Azərbaycan
Şeyxülislamdan kilsə yanğınına reaksiya: "Ürəyim ağrıdı"

Həmçinin Prezident Şeyxülislama doğum günü münasibətilə təbrik ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli Şeyx həzrətləri, Sizi anadan olmağınızın 70, şeyxülislamlıq fəaliyyətinizin 40 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Xalqımızın yaşamış olduğu taleyüklü hadisələr zamanı Siz həm dini rəhbər, həm də ictimai xadim kimi həmişə yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirmisiniz. Azərbaycan həqiqətlərinin, xüsusilə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimizin dünya ictimaiyyətinə çatdırılması sahəsində səmərəli xidmətlər göstərmisiniz.

Siz bütün həyatınız boyu cəmiyyətdə yüksək əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olması yolunda əzmlə çalışmış, xalqımızın mənəvi sərvətlərinin qorunub saxlanması istiqamətində uğurlu fəaliyyət göstərmisiniz. Şeyxülislamlıq fəaliyyətiniz dövründə bir sıra ilklərə imza atmısınız. Xüsusilə müqəddəs kitabımız Qurani-Kərimin tərcüməsinin təşkil olunması və nəşr edilməsi, Aşura mərasimləri zamanı qanvermə aksiyalarının keçirilməsi, ölkəmizdə vəhdət namazı ənənəsinin dirçəldilməsi məhz Sizin adınızla bağlıdır. Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin formalaşmasına verdiyiniz töhfələr də danılmazdır.

Sizin fəaliyyətinizdə təkcə Azərbaycanın deyil, həm də dini lideri olduğunuz bütün Qafqaz müsəlmanlarının problem və qayğılarının beynəlxalq ictimaiyyətə çatdırılması mühüm yer tutur. 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Çeçenistana səfər edib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTOLAR
Siz daim müsəlman həmrəyliyi prinsiplərindən çıxış edərək İslam dünyasında törədilən qanlı hadisələrə öz etirazınızı bildirmiş, müqəddəs ziyarətgahların, qədim tarixi abidələrin mühafizə olunması üçün beynəlxalq təşkilatlar və böyük dövlətlər qarşısında məsələ qaldırmış, dünyada sülhə və əmin-amanlığa nail olunması istiqamətində ardıcıl fəaliyyət göstərmisiniz.

Müxtəlif konfessiyaların liderləri arasında böyük nüfuza malik şəxs kimi Siz bir çox beynəlxalq dini qurum və mərkəzlərin rəhbərliyində təmsil olunur, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun dərinləşməsinə sanballı töhfələr verirsiniz.

Hörmətli Şeyx həzrətləri, bu əlamətdar gündə Sizə uzun ömür, möhkəm cansağlığı, nəcib və şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".

Xəbər lenti
0