Türkiyənin müdafiə naziri Hulusi Akarla ABŞ müdafiə naziri Mark Esperlə telefon danışığında Suriyada Fıratın şərqində təhlükəsiz zona ilə əlaqədar gözlənən görüş və gözləntilərini bildirib. Nazir sözügedən bölgədə təhlükəsizlik zonasının müəyyən olunan əsaslar çərçivəsində tez bir zamanda yaradılmasının vacibliyini vurğulayıb.
Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, ABŞ-ın Suriya məsələsində tutduğu mövqe Türkiyə, Rusiya, İran üçbucağının formalaşmasına imkan yaradırdı: “Bu da özlüyündə Astana formatında aparılan danışıqları sürətləndirirdi. İndiki şəraitdə isə ABŞ-Türkiyə münasibətlərinin normallaşmasını görürük. Bu da Türkiyəni digər dövlətlərdən uzaqlaşdırır. Suriyadakı hazırkı vəziyyət Türkiyəni müttəfiq olduğu dövlətlərlə üz-üzə qoyur”.
Məlumatda daha sonra qeyd olunub ki, artıq təhlükəsiz zona məsələsinin ilk etapı başlanır. Bununla bağlı hər iki tərəfin hərbi heyətinin Ankarada görüşü ilə bağlı razılıq əldə edilib.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz