“Son vaxtlar neft qiymətləri siyasi bəyanatlara həssaslaşıb”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Ekspert bildirib ki, iqtisadi proseslər əsasında neftin qiymətlərinə proqnoz vermək çətinləşib: “İstənilən siyasi bəyanat, ticari müharibələr barədə xəbərlər neft qiymətlərinə təsir göstərir. Hazırda neftin qiymətinin enib-qalxması üçün iqtisadi səbəb yoxdur. ABŞ-Çin arasında ticarət danışıqları baş tutarsa, bu zaman qiymətlər 65 dollara doğru istiqamətlənə bilər. Düşünürəm ki, yaxın aylarda, ən azından, ilin sonuna qədər qiymətlər 58-65 dollar koridorunda gedib-gələcək”.
Qeyd edək ki, Dünya birjalarında neftin qiyməti bahalaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,38 dollar bahalaşaraq 60,41 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,13 dollar artaraq 56,34 dollar təşkil edib.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz