CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Naxçıvan qarnizonu “Həyəcan”la ayağa qaldırıldı – VİDEO

© AR Ministry of DefenseRaket və artilleriya bölmələri döyüş atışları icra edib
Raket və artilleriya bölmələri döyüş atışları icra edib - Sputnik Azərbaycan
Abunə olmaq
Təlimin sonunda icra edilmiş fəaliyyətlərin təhlili aparılıb, çatışmazlıqlar qeyd olunub, növbəti təlimlərə hazırlıqla bağlı tapşırıqlar dəqiqləşdirilib. Ümumilikdə təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

BAKI, 25 avqust — Sputnik. “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən komanda-qərargah təlimi keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, Naxçıvan Qarnizonu qoşunlarında üçpilləli, ikitərəfli keçirilən komanda-qərargah təlimi plana əsasən mərhələlərlə icra edilib.

Təlim çərçivəsində "Həyəcan" siqnalı ilə cəmləşmə rayonlarına çıxarılan qoşunların ən müasir vasitələrlə idarə olunması praktiki həyata keçirilib. Ərazidə qərargahlar tərəfindən müdafiə və hücum əməliyyatları planlaşdırılıb. Praktiki fəaliyyətlərə cəlb edilən bölmələr döyüş atışlarını icra ediblər.

Naxçıvan Qarnizonunun Simulyasiya mərkəzində qoşunların fəaliyyəti kompüterlər üzərində məşq etdirilərək komandirlərin döyüşü idarəetmə bacarıqları təkmilləşdirilib.

Təlimin sonunda icra edilmiş fəaliyyətlərin təhlili aparılıb, çatışmazlıqlar qeyd olunub, növbəti təlimlərə hazırlıqla bağlı tapşırıqlar dəqiqləşdirilib. Ümumilikdə təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Xəbər lenti
0