BAKI, 26 avqust — Sputnik. Bütün "G7" iştirakçıları İranla münaqişədən yayınmağa çalışırlar.
Sputnik Azərbaycan-ın xarici mətbuata istinadla verdiyi məlumata görə, bunu "LCİ" telekanalına Fransa prezidenti Emmanuel Makron deyib.
E.Makron bildirib: "Biz hamımız İranla münaqişədən yayınmağa çalışııq. ABŞ prezidenti Donald Tramp bunu tamamilə aydın şəkildə dedi".
Onun sözlərinə görə, bütün "G7" ölkələri İrana dair birgə mövqe ilə bağlı razılığa gəliblər.