CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda külək əsəcək – Proqnoz açıqlandı

© Sputnik / Murad OrujovЖаркая погода в Баку, фото из архива
Жаркая погода в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Abşeron çimərliklərində gözlənilən  hava şəraiti Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti təşkil edəcək

BAKI, 25 avqust — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Xəstə adam, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Adı olmayan yeni və təhlükəli "yay xəstəliyi": hər şey halsızlıqdan başlayır

Havanın temperaturu  gecə 20-24° isti, gündüz  30-35° isti, Bakıda gecə 22-24° isti, gündüz  32-34°  isti  təşkil edəcək.

Atmosfer  təzyiqi 758 mm civə sütunundan  762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 %  olacaq.  

Avqustun 26-da Abşeron çimərliklərində gözlənilən  hava şəraiti Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti təşkil edəcək. 

Sabah Azərbaycanın əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin səhər və gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Böyük Qafqazın  ayrı-ayrı yerlərində lokal leysan xarakterli olacağı, dolu düşəcəyi  ehtimalı var. Səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə19-24° isti, gündüz  33-38° isti, dağlarda gecə 12-17° isti,  gündüz  23-28°  isti təşkil edəcək.

Xəbər lenti
0