BAKI, 24 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronla nahar etdikdən sonra hər iki ölkə üçün yaxşı olacağı vədini verib.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə o, sosial şəbəkədə qeyd edib.
"İndicə Fransa Prezidenti Emmanuel Makronla nahar edirdik. Bizim ölkələrimiz üçün çox yaxşı şeylər baş verir. Digər dünya liderləri ilə böyük həftəsonu!" - deyə Tramp Twitter-də yazıb.
Just had lunch with French President @EmmanuelMacron. Many good things are happening for both of our countries. Big weekend with other world leaders!
— Donald J. Trump (@realDonaldTrump) 24 августа 2019 г.
Makron Trampı Biarritzdə, "Böyük yeddiliy"in sammitinin başladığı şəhərdə qəbul edib. ABŞ-ın nöqteyi-nəzərincə, ən aktual ikitərəfli mövzulardan biri Fransada "rəqəmsal vergi"dir.
Fotos: El presidente francés, Emmanuel Macron, y el estadounidense, Donald Trump, durante una comida https://t.co/15lloxM88F Las imágenes del encuentro @elpais_inter #G7Biarritz #G7Summit pic.twitter.com/hCm4uLWRQw
— Fotografía EL PAÍS (@FotografiaPais) August 24, 2019
İyulun ortasında Fransa parlamenti Amazon, Apple, Facebook və Google kimi rəqəmsal şirkətlərin xidmətlərinə görə vergi ödəmələrini qanuniləşdirib. Tramp isə buna cavab olaraq Fransa şərablarına vergi tətbiq edəcəyini bildirib.
Makron isə öz növbəsində İranın nüvə proqramı üzrə Hərtərəfli birgə fəaliyyət planı razılaşmasını saxlamağa çalışır. O, İran, Rusiya və digər maraqlı tərəflərlə ünsiyyət saxlayır. Ancaq bir müddət öncə Tramp bildirmişdi ki, ABŞ-a vasitəçilər lazım deyil və Tehranla dialoq birbaşa olmalıdır.