BAKI, 24 avqust — Sputnik. Sumqayıt şəhərində “Nur” şadlıq sarayında baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yanğın zamanı şadlıq sarayında olan 300 nəfərə qədər vətəndaş və 60 nəfər personal təhlükəsiz əraziyə təxliyə edilib.
Xəsarət alan olmayıb.