BAKI, 24 avqust — Sputnik. İspaniya kralı I Xuan Karlos ürəyindən əməliyyat olunub.
Sputnik Azərbaycan bildirir ki, France Press-in məlumatına görə, əməliyyat uğurla keçib.
Bir qədər öncə Europa Press məlumat yaymışdı ki, əməliyyat planlıdır və Posuelo-de-Alarkon şəhərindəki (Madrid əyaləti) klinikada keçiriləcək.
ACTUALIZACIÓN | El rey Felipe y la reina Sofía llegan a la clínica Quirón donde Juan Carlos está siendo intervenido: "Acabamos de llegar, no sabemos nada", han dicho antes de entrar en el hospital https://t.co/jVbNi93G08
— EL PAÍS (@el_pais) August 24, 2019
"Cərrahi müdaxilə fəsadsız keçdi. Pasiyent əməliyyatdan sonrakı müşahidə üçün intensiv terapiya şöbəsinə yerləşdirilib", - özəl klinikanın idarəçisi jurnalistlərə bildirib.
Onun bu bəyanatı İspaniyanın İctimai televiziyası ilə canlı efirdə yayımlanıb. Qadın həmçinin bildirib ki, kralın ürəyinin tac damarı üçqat şuntlama əməliyyatına məruz qalıb.
İspaniya kralı VI Felipe və anası kraliça Sofiya da Xuan Karlosu yoluxmaq üçün xəstəxanaya gəliblər.
Spain's King Felipe and his mother Sofia arrive at hospital to visit his father Juan Carlos I after former monarch underwent a heart operation https://t.co/q6fzrRzlRY
— Daily Mail Online (@MailOnline) 24 августа 2019 г.
Mayda Kral sarayından bildirilmişdi ki, Xuan Karlos iyunun 2-dən etibarən bir kral ailəsi üzvü kimi üzərinə qoyulan ictimai vəzifələri daha icra etməyəcək. O, 2014-cü il iyunun 2-dən sonra oğlunun xeyrinə taxt-tacdan əl çəkdikdən 5 il sonra kütləvi tədbirlərdə iştirak etməməyə qərar verib.
I Xuan Karlos İspaniyada 39 il hakimiyyətdə olub. Diktator Fransisko Franko onu hələ 1969-cu ildə İspaniya taxt-tacının varisi elan etsə də, Xuan Karlos hakimiyyətə Frankonun ölümündən sonra, 1975-ci ilin noyabrında gəlib.
81 yaşlı I Xuan Karlos taxt-tacdan imtina etsə də, kral titulunu daşıyır.