“Yeni aqrar sığorta mexanizmi kənd təsərrüfatı istehsalçılarının, yəni fermerlərin bu sahədə yaşadıqları risklərin qarşılanması, investisiya cəlbediciliyinin artırılması və dövlət vəsaitinin, eyni zamanda aqrar sığortalıların, fermerlərin ödədikləri vəsaitin səmərəli istifadəsini nəzərdə tutur”. Bunu jurnalistlərə açıqlamasında Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, aqrar sığorta məsələsi çox aktualdır: “Son illər ərzində bu məsələ bir neçə dəfə qaldırılıb. Xaricdən gətirilmiş mütəxəssislərin köməkliyi ilə yerli mütəxəssislər hazırlanıb. Ehtiyac olduğu təqdirdə vəsait fond tərəfindən ödənəcək. Kənd təssərrüfatı ilə məşğul olan şəxslər də bu sistemdə aktiv iştirak edəcəklər. Sistem özlüyündə maraqlı və əhəmiyyətlidir. Bu o deməkdir ki, artıq dövlət kənd təsərrüfatında sığortalaşdırmanın istiqamətlərini müəyyənləşdirib”.
Qeyd edək ki, prezident İlham Əliyev ötən gün “Aqrar sığorta haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədilə fərman imzalayıb. Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz