Zaxarovadan möhtəşəm səhnə performansı - "ləzginka" oynadı

© Sputnik / Vitaliy Belousov / Mediabanka keçidОфициальный представитель министерства иностранных дел России Мария Захарова во время брифинга в Москве.
Официальный представитель министерства иностранных дел России Мария Захарова во время брифинга в Москве. - Sputnik Azərbaycan
Abunə olmaq
"Danışır Moskva" radiostansiyasına verdiyi açıqlamada Zaxarova bildirib ki, ləzginka rəqsini heç yerdə öyrənməyib

BAKI, 23 avqust — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova "Maşuk-2019" gənclər forumunda ləzginka rəqsi oynayıb. Sputnik Azərbaycan xəbər verir ki, videogörüntülər Rusiya Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" səhifəsində yayımlanıb.

Zaxarova Qafqaz rəqs dərnəyinə baş çəkib. O, alqış sədaları altında ortalığa çıxaraq peşəkar rəqqaslara qoşulub. Buna qədər diplomat forum çərçivəsində gənclərlə görüşüb, onlarla fikir mübadiləsi aparıb.

"Danışır Moskva" radiostansiyasına verdiyi açıqlamada isə Zaxarova bildirib ki, ləzginka rəqsini heç yerdə öyrənməyib: “Özümü ilk dəfə elə bu forumda sınadım”.

Qeyd edək ki, bu, Zaxarovanın ilk rəqsi deyil. 2016-cı ildə Rusiya – ASEAN sammitində onun "Kalinka" rəqsini oynaması sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdu.

Xəbər lenti
0