Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gəncə hadisələrində təqsirləndirilən şəxs azad edildi

© Sputnik / Murad OrujovНаручники, фото из архива
Наручники, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Elvin Əliyev azadlığa buraxılıb, digər təqsirləndirilənlərdən Yavər İsmayılzadənin cəzası 5 ilə, Aydın Rüstəmov, İsa Məhərrəmzadə, Alim Yusifovun cəzaları isə 2 ilə endirilib

BAKI, 23 avqust — Sputnik. Bu gün Bakı Apellyasiya Məhkəməsində Gəncə hadisələrində təqsirləndirilən Aydın Rüstəmov, Elvin Əliyev, İsa Məhərrəmzadə və digərlərinin şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, prosesdə məhkəmə qərarı elan olunub.

Gəncə şəhər Baş Polis İdarəsi - Sputnik Azərbaycan
HADİSƏ
Gəncə hadisələri ilə bağlı 61 nəfər həbs edilib

Qərara görə, iş üzrə təqsirləndirilənlərdən Elvin Əliyev azadlığa buraxılıb, digər təqsirləndirilənlərdən Yavər İsmayılzadənin cəzası 5 ilə, Aydın Rüstəmov, İsa Məhərrəmzadə, Alim Yusifovun cəzaları isə 2 ilə endirilib.

İttihama görə, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.

Gəncə hadisələri ilə bağlı, təxminən, 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var.

Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.İsmayılzadə 9 il, A.Rüstəmov 8 il, Elvin Əliyev 6 il müddətinə azadlıqdan məhrum edilmişdilər.

Xəbər lenti
0